IQNA

VIDEO | Dünyanın ən yaxşı 10 məscidi

12:55 - August 23, 2021
Xəbər sayı: 3490580
Hazırda Avqust ayının 21-i "Beynəlxalq Məscid Günü" kimi qeyd edilir. Çünki 1969-cu ildə həmin gün müsəlmanların ilk qibləsi olan Əqsa məscidi Qüds şəhərində sionist yəhudilər tərəfindən yandırıldı.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  məscidlər İslam dünyası və müsəlmanların dini tarix, sivilizasiya, milli mənəvi dəyərlər və mədəniyyətlərinin ayrılmaz bir hissəsidir.

Məscidlər hər bir zamanda təkcə ibadət məkanı deyil, həm də müsəlmanların dini elm və maarif öyrənməsi və ictimai-mədəni fəaliyyətlər məkanı olub.  

Buna görə də hər bir dövrdə dünyanın müxtəlif guşələrində yaşayan müsəlmanlar öz milli və dini mədəniyyətlərini ehtiva edən memarlıq üslubları ilə bir-birindən gözəl məscidlər inşa ediblər.  

Bu məscidlər təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin incəsənət və mədəniyyət xəzinələri hesab olunur.

Hazırda Avqust ayının 21-i "Beynəlxalq Məscid Günü" kimi qeyd edilir. Çünki 1969-cu ildə həmin gün müsəlmanların ilk qibləsi olan Əqsa məscidi Qüds şəhərində sionist yəhudilər tərəfindən yandırıldı.

Bu məsələ (beynəlxalq məscid günü) ilk dəfə İran keçirilən İslami Ölkələrin Xarici İşlər Nazirlərinin toplantısında qaldırıldı və qəbul edildi.

Beynəlxalq məscid günü münasibəti ilə dünyanın ən gözəl 10 məscidini tanıtdıran bir klipi sizə təqdim edirik.

Videoa məscidlər memarlıq gözəlliyi baxımından 1-dən 10-dək sıra ilə düzülüblər: Şeyx Zaid (Əbu-Zəbi), Göy məscid (İstambul), Kristal məscid (Malaziya), Gülşərif məscidi (Kazan), Bədşahi məscidi (Lahur), Sultan Ömər Əli Seyfuddin məscidi (Brunei), Qübbətus-Səxrə məscidi (Beytul-Müqəddəs), Məhəmməd Əli məscidi (Qahirə), Məscidun-Nəbi (Mədinə), Məscidul-Həram (Məkkə).  / iqna

kod
captcha